Skip to Content
Qara rəngli çimərlik geyimində gənc qadın şezlonqda uzanaraq kameraya gülümsəyir

Bikininin yuyulması: çimərlik geyiminə qulluq üçün məsləhətlər

Çimərlik geyimi və dəsmallar günəş, xlor, duz və ya tər kimi bir sıra təsirlərə məruz qalırlar. Əgər bikininizi, çimərlik geyiminizi və ya kişi çimərlik geyimini bir mövsümdən artıq geyinmək istəyirsinizsə, çimərlik geyimlərinizi düzgün şəkildə yumağınız və qulluq etməyiniz tövsiyə olunur. Aşağıdakı məsləhətlər sizə kömək edəcək!

Çimərlik geyimini ilk dəfə geyinməzdən əvvəl yuyun

Yeni alınmış çimərlik geyimini ilk dəfə geyinməzdən əvvəl mütləq yuduğunuzdan əmin olun. Perwoll Renew & Repair Color und Faser kimi lif qoruyucu agenti olan yuyucu vasitə sizin sevimli rəngli bikininizi yumaq üçün xüsusilə uyğundur. Yuma prosesi yalnız gigiyenik səbəblərə görə zəruri deyil – beləki, parça istehsalı prosesində bir çox istehsalçı dəri ilə təması yalnız məhdud çərçivədə tövsiyyə olunan kimyəvi maddələrdən istifadə edir. Məsələn, çimərlik geyimlərində istifadə edilən polyester, spandeks lifi və ya neylon kimi komponentlər adətən kifə nəzarət edən agentlər ilə emal olunurlar. İltihablanmaya və qaşınmaya səbəb ola biləcək boyalar, boya qoruyucuları və ya plastifikatorlar da tez-tez istifadə olunur.

Çimərlik geyimlərini çimdikdən sonra yuyun

Günəş kremi və bronzlaşdırıcı yağlar çimərlik geyimlərində ləkələr buraxa bilər. Bununla yanaşı, qum, duz və xlor uzun müddət təmasdan sonra çimərlik geyiminizə zərər verə bilər. Buna görə də çimdikdən dərhal sonra bikini və ya çimərlik geyimlərinizi təmiz suda yaxalamalısınız. İlkin olaraq duş qəbul edən zaman bikininizi və ya çimərlik şortunuzu yüngülcə şampunla əl ilə yuya bilərsiniz. Üç və ya dörd dəfə istifadədən sonra çimərlik geyimi düzgün şəklidə yuyulmalıdır. Bu paltaryuyan maşında yumaq deməkdir ki, hər hansı bir çirkin hərtərəfli şəkildə təmizlənsin.

Zərif toxunuşlu çimərlik paltarlarına çox yük tətbiq etməyin: bikininizi 60 °C-də yumayın. 30 °C və həssas bir yuma proqramı seçmək məsləhətlidir. Bununla yanaşı, fırlanma funksiyasını həyata keçirməməli və yumşaq yuyucu vasitələrdən istifadə etməlisiniz. Çoxrəngli çimərlik geyimləri üçün yumşaq və ya rəngli paltarlar üçün olan yuyucu vasitələrdən, açıq və ağ rəngli çimərlik geyimləri üçün isə universal və ya çoxməqsədli yuyucu vasitələrdən istifadə edin. Bundan əlavə, yumuşaldıcı istifadə etməyin, əks halda çimərlik paltarı zamanla aşınacaqdır. Çimərlik geyimini paltaryuyan maşında yuyan zaman mexaniki təsirlərdən qorumaq üçün onu alt paltarı kimi paltar torbasına qoyun. Bu halda breketlər və metal uclar nə əyilə, nə də paltaryuyan maşının barabanını cıza bilir.

Mavi çimərlik geyimində olan gənc çimərlikdə şezlonqda uzanıb
Üzmək çimərlikdəki ən böyük həzzlərdən biridir – və parlaq rənglər ilə ən diqqətçəkən formada görünəcəksiniz.

Çimərlik geyiminizi düzgün şəkildə qurudun

Yaş çimərlik geyimi heç vaxt günün altında qurudulmamalıdır. Günəş işığının birbaşa təması rənglərin solmasına səbəb olur. Ən yaxşı qurutma üsulu çimərlik şortlarını və ya çimərlik geyimlərini dəsmal ilə yumşaq bir şəkildə sıxmaq və sonra onu kölgədə asmaqdır. Əgər bikininizi və ya çimərlik geyiminizi yaş assanız, onun elastik lifləri tez bir zamanda yeyiləcəkdir. Buraya həmçinin quruducunun və ya qızdırıcının istisi də şamil olunur ki, bu da ölçüyə təsir edə bilər. Məhrabaları və hamam dəsmallarını rəngə görə çeşidlənmiş formada paltaryuyan maşında 60 °C-də yuya bilərsiniz. Liflərin sərtləşməsinin qarşısını almaq üçün onları küləkli havada qurutmaq daha yaxşıdır.

Müxtəlif çimərlik vasitələri parçalarına qulluq

Qulluq etiketini yoxlamaq bikininizi düzgün yumağa kömək edəcəkdir. Çimərlik geyimlərinin parçalarının əksəriyyəti polyesterdən hazırlanır və həmçinin spandeks və ya poliamid ehtiva edir. Halbuki, neopren artıq yalnız sörfinq avadanlıqları və idman kostyumları üçün istifadə edilmir. Getdikcə daha çox moda brendləri bu materialdan çimərlik geyimləri üçün də istifadə edir. Təmizlənməsi daha çətindir, çünki neoprenlə daha çox tərləyirsiniz. Geyimləri yalnız soyuq suda və əl ilə yumaq olar. Əgər onlar çox çirklidirsə, onları bir az yuyucu vasitədə islağa qoymaq faydalıdır.

Pambıq toxuma çimərlik geyimləri də dəbdədir, bəs onları necə yuyursunuz? 30 °C temperaturda az miqdarda yumşaldıcı ilə zərif toxumalı parçalar üçün yuma proqramına üstünlük verin. Heç bir halda onları quruducuya yerləşdirmək və ya sıxmaq olmaz. Toxunma bikinini kölgədə bir dəsmal üzərinə və ya qurutma ipində üfuqi sərdikdə yaxşı quruyur. Bu halda sevdiyiniz parçalardan daha uzun müddət həzz alacaqsınız!

Əlaqədar Məqalələr

  • Yuma simvolu

    Geyim etiketlərindəki simvollar nə deməkdir

  • Yuxu çantalarının və gödəkçələrin yuyulması və qurudulması

    Beləliklə, uzun müddət xoşagələn yumşaq qalır.