Skip to Content

İpəyin yuyulması və eyni zamanda parçanın qorunması

Çox az sayda parça ipək kimi dəbdəbəlidir. Yüngül axıcı, zərif parıldayan parça köynəklər və şallarla xüsusilə yaxşı görünür. Lakin ipək yalnız çox nəcib görünüşə sahib deyil: o yayda soyuq olur, qışda isə isti. Zərif təbii liflərin dezavantajlarından biri onların təmizlənməsinin pambıq və ya sintetik liflərlə müqayisədə bir qədər çətin olmasıdır. Bu təlimatda siz ipək liflərinin uzun müddət çox zərif parıldaması üçün onun necə düzgün, incə şəkildə təmizlənməsi haqqında hər şeyi öyrənəcəksiniz.

İpək parçalar haqqında bilinməsi lazım olanlar

Geyim etiketində paltarın xalis ipəkdən və ya ipək tərkibli lif qarışığından hazırlandığını qeyd olunur. Tipik ipək parçalar şifon, orqanza, atlaz, tafta və buret ipəkdir. Lakin bu parçalardan bəziləri süni ipəkdən də hazırlana bilər. Buna görə də, geyimin parça tərkibinə çox diqqət yetirmək məsləhətdir. Aşağıdakılar ipəkdən hazırlanmış və ya tərkibində ipək olan bütün parçalara aiddir: onlara çox isti şəkildə qulluq etməyin. İpək lifi ipəkqurdu baramasından alınır; saç kimi zülaldan ibarətdir və izafi istilik ona zərər verə bilər. Bundan əlavə, zərif təbii lif ətir, dezodorant, tər və birbaşa günəş işığına dözümü yoxdur.

Təmizlənməyə hazırlıq

İpək parçanın qulluq etiketinə nəzər yetirərək, paltarlarınızın yuyula və ya kimyəvi təmizləməyə göndərilməli olduğunu müəyyənləşdirə bilərsiniz. Əlavə olaraq, rəng testindən də keçirtməyə dəyər. Bunu etmək üçün disk pambığı bir az yüngül yuyucu vasitə ilə suya batırın. Sonra nəm pambığı görünməyən hissədə tikişin üzərinə ehtiyatla çəkin. Əgər rəng disk pambığa keçirsə, paltarlarınızı evdə yumaq əvəzinə, kimyəvi təmizləməyə göndərməyiniz daha məqsədəuyğundur.

İpəyin yuyulması: paltaryuyan maşında və ya əl ilə yuma

Əgər həssas yuma proqramı varsa, ipəklərinizi maşında yuya bilərsiniz. Geyim üzərindəki qulluq etiketində icazə verilən yuma temperaturu qeyd olunub. Temperatur heç bir halda maksimum 30 °C-dən çox olmamalıdır. Perwoll Wolle & Feines kimi xüsusən ipək üçün uyğun olan yumşaq yuyucu vasitələrdən istifadə etmək də vacibdir. O, nəinki lifləri təmizləyir, eyni zamanda ipək parçanın daha uzun müddət gözəl qalmasını da təmin edir.

Aşağıdakılar əl ilə yumaya şamil olunur: açıq rəngli ipək ilıq suda, tünd rəngli və ya incə naxışlı ipək soyuq suda yuyulmalıdır. Əlbəttə, bunun üçün uyğun bir yuyucu vasitə də vacibdir. İslağa qoyan zaman geyim əşyasını davamlı olaraq, lakin diqqətlə hərəkət etdirməlisiniz, çünki yaş ipək xüsusən çox həssas olur. Maksimum beş dəqiqədən sonra ipəyi yenidən vannadan çıxarın və soyuq, təmiz su ilə yuyun.

Ləkələrin ipəkdən təmizlənməsi

İpək parçadan ləkələri təmizləyərkən bütün əşyanı təmizləmək vacibidir, əks halda parça üzərində su ləkələri qala bilər. Heç bir halda parçaya zərər verəcək ağardıcı və ya hər hansı digər ləkə təmizləyicisinin ipək parça ilə təmasına yol verməyin. Həmçinin, ləkəni sürtməkdən yayının, çünki bu, ipək parçanı zədələyəcək və həmin nahiyənin rəngini aça bilər. Çox böyük və ya tünd ləkələr olduqda, paltarı kimyəvi təmizləməyə aparmaq məsləhətdir.

İpəyin qurudulması

Quruducuda olan temperatur ipək üçün çox yüksək olduğundan, ipəyi açıq havada qurutmağınız tövsiyyə olunur. Yuduqdan sonra parçanı quru bir dəsmal üzərinə qoymalı, diqqətlə bükməli və yumşaq bir şəkildə sıxmalısınız. Dəsmalı və ipəyi heç vaxt bükməyin və sıxmayın. Bu ilkin qurutmadan sonra dəsmalı yenidən yuvarlayın, içərisindəkini çıxarın və ikinci bir dəsmalın üzərində qurudun. Geyim əşyasının birbaşa günəş işığına məruz qalmadığından əmin olun.

İpəyin ütülənməsi

Qulluq etiketində həmçinin ipək parçanın ütülənə bilib-bilməməsi və ütünün hansı temperatur səviyyəsində olması barədə məlumat qeyd olunub. Ümumiyyətlə: ipək parçaları həmişə pambıq və kətan parçalarla etdiyiniz kimi su çiləmədən içəri üzdən ütüləyin.

Əlaqədar Məqalələr

  • Perwoll Yun və İpək

    Yun və ipək kimi zərif parçalara heyranedici qulluğu hiss edin

  • Yuma simvolu

    Geyim etiketlərindəki simvollar nə deməkdir

  • İdman əşyaları üçün yuyucu vasitə: funksional və idman paltarlarını düzgün yuyun

    Beləliklə idman və funksional geyimləri düzgün formada yuyursunuz və eyni zamanda materiala qulluq edirsiniz.