Skip to Content

Perwoll tiftiklənməyin və solmanın qarşısını necə alır

Perwoll paltarlarınızın uzun müddət yeni kimi görünməsini təmin etmək üçün tiftiklənmənin və solmanın qarşısını necə alır

Geyimlər üçün tiftiklənmə və solma çox arzuolunan xüsusiyyət deyil. Paltarlarınızı mümkün qədər uzun müddət ilk günki kimi saxlamaq üçün nə edə biləcəyinizi öyrənmək üçün Perwoll parça mütəxəssislərimizlə danışdıq və soruşduq:

  • Tiftiklənmə və solma nədir?
  • Perwoll Renew & Repair məhsulları tiftiklənmənin və solmanın qarşısını necə ala bilir?
  • Geyimlərimizin mümkün qədər uzun müddət bizə qulluq etməsi üçün başqa nə edə bilərik?

Cavablar isə belədir:

Solma və tiftiklənməyə nə səbəb olur?

İlk baxışda aralarındakı əlaqə olduqca zəif görünsə də, lakin əslində solma və tiftiklənmə bir çox ortaq cəhətlərə malikdir. Gəlin daha yaxından nəzər salaq:

Tiftiklənmə

Həmçinin “Sviterim üzərindəki bu qıcıqlandırıcı tük nədir?” – Tiftiklənmə parçanın səthində düyünlərin əmələ gəlməsi və səthin kobud görünməsidir. Bu iki əsas səbəbdən meydana gəlir:

1. Təbiətən
Bütün parçalar tüklənir – bəzilərininki digərlərindən daha çoxdur. Bunların əksəriyyəti parçaların fiziki xüsusiyyətləri ilə müəyyən edilir. Adətən, daha uzun lifləri olan parçaların uc hissələri daha az olur və beləliklə, daha az tiftik əmələ gəlir. Trikotaj parçalar, xüsusən də boş toxunmuş parçalar, iplik kəsişmələri arasında boşluq buraxan daha qısa liflərə malikdir və bu onları daha həssas edir. 

2. Qulluq
Geyimə qulluq ikinci vacib aspektdir. Sadə dillə desək: paltarlarınız nə qədər çox sürtünməyə məruz qalarsa, onlarda toplaşma və ya tiftik əmələ gəlməsi ehtimalı bir o qədər yüksəkdir. Bununla belə, bu çox çəkmir – hər dəfə hərəkət etdikdə, gəzəndə və ya paltarınıza toxunduqda sürtünməyə səbəb olursunuz. Əlavə olarq, paltaryuyan maşın və quruducu içərisindəki qarışıqlıq da problemi daha da tətikləyə bilər. 

Solma

Paltarınızı bir neçə dəfə geyindikdən sonra paltarınızın rənginin əvvəlkindən daha solğun göründüyünü müşahidə edə bilərsiniz. Bu iki əsas səbəbdən meydana gəlir:

1. Rəngin axması
Xüsusilə yüksək temperaturda tez-tez yuma rənglərin axmasına səbəb ola bilər. Bundan əlavə, bəzi parçaların rənglərini saxlamaqda xüsusilə çətin olur. Məsələn, pambıq kimi təbii liflərin, ümumiyyətlə, sintetik alternativləri ilə müqayisədə rəngi davamlı deyil. 

2. Tiftiklənmə
Tiftiklənmə səbəbindən solma? Hər şey fizika məsələsidir! Rəngli parçalar liflər mükəmməl şəkildə düz olduqda və işığı ən yaxşı şəkildə əks etdirdikdə çox gözəl görünür. Yuxarıda qeyd olunan tiftiklənmə nəinki düyünlər yaradır, həmçinin lif uclarını boşaldaraq parçadan çıxmasına şərait yaradır. Bu lif ucları gələn işığın dağılmasına, sınmasına və müxtəlif istiqamətlərdə əks olunmasınına səbəb olur. Bu da gözümüzdə parçaların solğun görünməsinə, daha doğrusu, boz dumanlı görünməsinə səbəb olur. 

Perwoll Renew Advanced necə kömək edə bilər?

Yaxşı sual! Tiftiklənmə və solmaya gəldikdə, Perwoll Renew & Repair-in innovativ formulası eyni anda iki üstünlük təklif edir: bir tərəfdən Repair Complex parlaq səthlər əldə etmək və işığın optimal əks olunması üçün boşalmış lifləri aradan qaldırmağa və lif qırılmalarını hamarlaşdırmağa kömək edir. Bu, nəinki tiftiklənmənin qarşısını alacaq, həm də daha parlaq, daha intensiv bir rəng əldə etməyə kömək edəcək. Digər tərəfdən, formulanın tərkibindəki xüsusi polimerlər yuyulma zamanı rəngin dəyişməsinin qarşısını almağa kömək edir və beləliklə, nəinki əsl rəngi qoruyub saxlayır, həm də məhşur Perwoll rəng canlanfdırıcı effektini təmin edir.

Tiftiklənmə və solmanın qarşısını almaq üçün yeddi əsas məsləhət

Əlbəttə ki, geyimlərinizin uzun müddət ilk gündəki kimi gözəl görünməsi üçün edə biləcəyiniz bir neçə əlavə şey var:

  1. Həmişə paltarlarınızdakı yuma təlimatlarını və etiketləri diqqətlə oxuyun və təlimatlara əməl edin.
  2. Yumazdan əvvəl, parçaların səthini həddindən artıq sürtünmədən qorumaq üçün paltarlarınızı tərs üzünə çevirin.
  3. Rənglərin axıb qarışmaması üçün oxşar rəngləri birlikdə yuyun.
  4. Artıq boyanı canına çəkmək üçün ləkə çıxaran salfetlərdən istifadə edin.
  5. Mümkünsə, həssas proqramdan istifadə edin və ya əl ilə yuyun.
  6. Çamaşırlarınızı kölgədə qurutmaq daha məsləhətlidir. Müəyyən rənglər günəş işığında ultrabənövşəyi şüalar ilə tədricən məhv olur və buna görə də onlar da solur.
  7. Toxunma sviterlər sərbəst şəkildə asılmamalıdır. Bunun əvəzinə, onları başqa yerə qoymaq üçün onları səliqə ilə qatlayın.

Image credits:
Header image: © Fotalia
Image one: © Stocksy
Image two: © GettyImages
Image three: © Stocksy

Əlaqədar Məqalələr

  • Perwoll Color & Fiber

    Rəngli paltarlarınızın parlaqlığını və onları solmaqdan qoruyun.

  • Yuma simvolu

    Geyim etiketlərindəki simvollar nə deməkdir

  • Yun parça üçün yuyucu vasitə: yun və zərif paltarları yumşaq formada yuyun

    Yun və zərif parçalar üçün yuyucu vasitələr niyə bu qədər vacibdir?