Perwoll rəngin və parçanın bərpası effekti

Əlvan rənglə və əsrarəngiz görünüş ilə seçilin

Fibex-tech* formulu ilə Perwoll yuyucu gel paltarlarınızın rəngini, formasını qoruyur və hər yumada parlaqlığını bərpa edir.
*Fibrex-tech

Parçanı bərpa etmək effektinə malik Fibrex-tech** formulu, xüsusilə  paltarlara aktiv qulluq və onun ilkin gözəlliyini qorumaq üçün hazırlanmışdır. O, nəinki kirləri diqqətlə təmizləyir, həm də paltarınızı iki əsas istiqamət üzrə qoruyur:

1. RƏNGİN intensivliyi

  • Rəngin parlaqlığını qoruyur və yuyulma zamanı boyanın keçməsinə mane olur.

Perwoll maye yuyucu vasitəsinin tərkibində olan aktiv bir komponent var ki, o yuyulma zamanı məhlulun içərisinə keçən boya molekullarını bloklayır və rəngin bir məhsuldan digərinə keçməsinin qarşısını alır.

  • İşığa yüksək müqaviməti təmin etmək üçün kobud lifləri hamarlaşdırır.

Perwoll məhsullarında olan xüsusi bir ferment kompleksi, parça liflərindəki selüloz molekulları ilə seçilmiş şəkildə qarşılıqlı təsir göstərir, toz və tiftikərin sayını yumadan yumaya azaldır.

2. PARÇANIN möhkəmliyi

  • Parçanın möhkəmliyini qoruyur.

Xüsusi hazırlanmış formul sayəsində Perwoll maye yuyucu vasitəsi, yuyucu toz ilə müqayisədə yuyulma zamanı parça liflərinə yumşaq təsir göstərir. Yuyucu tozdan fərqlı olaraq, Perwol maye yuyucu vasitəsinin tərkibində parçanın möhkəmliyinə və formasına təsir göstərəcək daha az qeyri-üzvi duzlar və mineral komponentlər mövcuddur.

* 2017-ci ilin avqustunda Düsseldorfda keçirilmiş daxili test zamanı «HENKEL RUS» MMC tərəfindən istehsal olunan yuyucu toz ilə müqayisədə yuyucu mayenın parçayanın möhkəmliyinə təsir effekti təstiqləndi.  Test zamanı bir neçə növ parça (pambıq, rayon, polyester, pambıq və polyester qarışığı) məhsulun standart dozası ilə 10 dəfə yuyuldu. Yalnız bundan sonra, parçanın  möhkəmliyi və elastikliyi müəyyən edildi. Nəticələr göstərdi ki, Perwoll maye yuyucu vasitəsi, yuyucu tozdan fərqli olaraq, parçanın möhkəmliyinə əhəmiyyətli dərəcədə az mənfi təsir göstərir və bununla da paltarların ilkin gözəlliyini qorumağa kömək edir.

** Fibrex-tech

Hər bir məhsulun etiketində göstərilmiş təlimatlara hər zaman əməl edin. Perwoll maye yuyucu vasitəsini əsas camaşır yuyucu vasitəniz kimi istifadə edin. Perwoll maye yuyucu vasitəsini yuyucu toz bölməsinə əlavə edin.

Maşınla yuma (yumşaq-normal su)
60 ml: az kirli
90 ml: orta kirli
120 ml: çox kirli

Əllə Yuma
Hər 5L üçün 40 ml

Tövsiyə olunan temperatur
30 °C - 60 °C aralığındakı bütün temperaturlar üçün uyğundur

İstehlak
1 L = 16 yuma (hər biri 2-3 kq)
Perwoll hər növ rəngli paltarların yuyulmasında istifadə oluna bilər. İpək və yun parçaları isə Perwoll İpək və Yun növü ilə yuyulması tövsiyyə olunur.

Digər məhsullar

Daha zərif qulluq üçün daha çox məhsulları kəşf edin.

  • Perwoll Black & Fiber

  • Perwoll ağ rəngin və parçanın bərpası effekti

  • Perwoll Yun və İpək

  • Perwoll Aroma-Baxımı

  • Perwoll Qulluq və Bərpa