Perwoll Perwoll

Həssas yun parçaların (məs: anqora və ya kaşmir yun) qeydinə necə qalmalıyam?

  • Əllə yuma və ya yun yuma proqramı, yaxud əllə ehtiyatlı yuma
  • Perwoll Care for Delicates kimi yumşaq yuyucu vasitə
  • Mexaniki qarışdırılmaya (qarışdırmaq, sıxmaq və s.) imkan verməyin
  • Suyunu dəsmalla çıxarın
  • Üfüqi vəziyyətdə qurudun

Yun haqqında Təlimatda yun mövzusunda maraqlı məlumatlarla və faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Yun paltarları nə üçün xüsusi yuyucu vasitə ilə yumalıyam?

Yun sviterlər, kardiqanlar və şarflar yuyulduqca matlaşır. Bu səbəbdən də sizin xüsusi yuma proqramnına və yun üçün ayrıca yuyucu vasitəyə ehtiyacınız var. Lif balzamlı və bambuk ekstraktlı Perwoll Care for Delicates yuyucu vasitəsi hər yumada paltarlarınızın qeydinə qalır və onları inanılmaz dərəcədə yumşaldır.

Yun haqqında Təlimatda yun mövzusunda maraqlı məlumatlarla və faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Yun parça nə üçün matlaşa bilər?

Yun ipliyin lifləri mexaniki şəkildə sürtüldükdə, sıxıldıqda və ya presləndikdə zərif tükcüklər bir-birinə qarışır.   Yüksək temperaturda yuyulma nəticəsində də yun lifləri qabara bilər.  Bu zaman yun yuyucu vasitə əvəzinə universal və ya rənglilər üçün vasitədən istifadə etdikdə yun paltara zərər verə bilərsiniz.  Nəticədə parçada qüsur və ya dəlik yarana bilər.  Bu səbəbdən Perwoll Care for Delicates istifadə etmək lazımdır.

Yun haqqında Təlimatda yun mövzusunda maraqlı məlumatlarla və faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Yun paltarları paltaryuyan maşında yumalıyam?

Geyimin etiketində "maşında yuyula bilər" və ya "maşında yuyula bilən yun" yazılıbsa, heç bir problem yoxdur.  Bu halda paltar yun proqramında yuyula və 20 saniyə fırladıla bilər.  Çox zərif yun paltarlar da "yun üçün əllə yuma proqramı" göstərildiyi zaman yuyula bilər.  Bunun üçün Perwoll Care for Delicates istifadə etməyiniz xahiş olunur.  Onun xüsusi köpüyü paltarların maşında və ya əllə yuma zamanı mexaniki zədə almaması üçün qalın yastıq qatı yaradır.

Yun haqqında Təlimatda yun mövzusunda maraqlı məlumatlarla və faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Pərğudan hazırlanmış ədyallara və paltarlara necə qulluq etməliyəm?

Pərğu olduqca elastikdir.  "Çəkisiz istilik" vermə xüsusiyyəti pərğunu yüksək keyfiyyətli yataq dəsti və isti qış geyimi üçün əvəzolunmaz edir.  Pərğunu, misal üçün, Perwoll Care for Delicates ilə yun və ya zərif parçalar proqramında 30°C-də yuyun. Pərğu içlikli paltarları və ya yataq dəstlərini üfüqi vəziyyətdə sərərək havada quruda və zaman-zaman çırpa bilərsiniz.  Yaxud quruducu maşında aşağı temperaturda quruda bilərsiniz. 

Alt paltarlarını və corabları yuyarkən nələri nəzərə almalıyam?

Alt paltarı, korsetlər və corablar əsasən poliamid, polyester və poliakril kimi süni liflərdən, bəzən isə az miqdarda viskoz və pambıq qarışığı olan materiallardan hazırlanır.  Bu materialların bir çox müsbət xüsusiyyətləri var.  Formalarını mükəmməl saxlayır, bürüşmür, asanlıqla yuyulur, tez quruyur və ütülənməyə ehtiyacı olmur.  Rəngli sintetik materiallar Perwoll Care for Delicates ilə maksimum 40°C-də yuyulmalıdır.   Daha sonra paltarlar yaş şəkildə asılır və güclü günəş işığından qorunmaq şərtilə qurudulur.  Ehtiyac olarsa, aşağı temperaturda yaş parça üzərindən ütüləyin.

Kətan parçalaranecə qulluq edə bilərəm?

Kətan parça kətan bitkisinin saplağından hazırlanır və ən qədim lif növlərindən biridir.  Kətanın səthi parlaqdır, olduqca dayanıqlıdır, çöpüklənmir və gec çirklənir.  Rəngli, ağardıcı istifadə edilməyən kətan parçalar ən effektiv şəkildə Perwoll Care for Delicates ilə maksimum 40°C-də yüngül proqramda yuyula bilər.   Qurutmadan əvvəl paltarları çırparaq formaya salın və ipdən asın.  Kətan parçaları heç vaxt quruducu maşında və ya güclü günəş işığı altında qurutmayın.  Kətan paltarları bir qədər yaşkən tərs tərəfindən ütüləmək məsləhət görülür.

İpək parçaların necə qeydinə qalmalıyam?

İpək ipəkqurdlarının baramalarından əldə edilir və dünyanın ən dəyərli parçalarından biridir.   İpəkdən hazırlanan parçalar yuyulmadan əvvəl rənglərinə görə çeşidlənməlidir, çünki yuyulma zamanı rənglər axa bilər.  İpək paltarları 30°C-də "yun" və ya "zərif parçalar" proqramında, yaxud xüsusi ipək proqramında yuyun.   Paltarın etiketində ipəyin əllə yuyula biləcəyi göstərilərsə, sürtülmədən, fırçalanmadan, sıxılmadan və ya xüsusi əllə yuma və ya yun yuma proqramından istifadə etmədən 30°C-dən isti olmayan köpük vannasında tez-tez və ehmalca yuyulmalıdır. İpəyi heç vaxt suya qoymayın, yaxud uzun zaman sabunlu suda saxlamayın. Saf ipək paltarları üfüqi vəziyyətdə qurudun, ipək köynəkləri və koftaları isə asılqanlarda sıxmadan qurutmaq məsləhət görülür.  Radiatordan və birbaşa günəş şüasından uzaq tutun və bir qədər yaş vəziyyətdə aşağı temperaturda tərs tərəfindən ütüləyin.

Snoubord gödəkçələri və ya qaçış şalvarları kimi funksional idman geyimlərinə necə qulluq etməliyəm?

Membran materiallardan və ya mikroliflərdən hazırlanmış bütün iqlim şəraitləri üçün paltarlar Perwoll Active & Sport ilə yaxşı yuyulur.  Yüksək su səviyyəsi və aşağı fırlanma sürəti ilə "zərif paltarlar" proqramını istifadə edin.  Sonra isə paltarları sadəcə olaraq fırladın.

Sintetik paltar geyinərkən hiss edilən xoşagəlməz qoxunu necə aradan qaldıra bilərəm?

Sintetik liflərdən hazırlanan materiallar ultra müasirdir.  Onlar Perwoll Active & Sport ilə maksimum 40°C-də "yüngül proqramda" yuyulmalıdır.  Bu xüsusi yuyucu vasitə yuyulma zamanı liflərə nüfuz edərək xoşagəlməz qoxunu neytrallaşdırır.  İpə asaraq qurudun.  Birbaşa günəş şüası altında qurudulmamalıdır.

Viskozdan hazırlanmış zərif parçaları necə yumalıyam?

Viskoz kimyəvi olaraq dəyişdirilmiş təbii materiallardan əldə edilən lifdir.   İpəyə bənzərliyi, yüngüllüyü və zərif axıcılığı onu böyük tələb görən dəb materialına çevirib.  Paltarın etiketində göstərilibsə, viskoz problemsiz maşında yuyula bilər.  Viskoz yuyulma zamanı mexaniki qarışmaya qarşı həssasdır və bu səbəbdən də hər zaman barabanın üçdə iki hissəsi dolu olmaq şərtilə "yüngül proqramda" yuyulmalıdır.   Viskoz materiallar üçün aşağı temperaturda qısa fırlanma kifayət edir. Daha sonra isə ipə asılaraq sıxmadan qurudulur (quruducu maşında qurutmaq məsləhət deyil).  Bu cür paltarlar bir qədər yaşkən və ya yaş parça altında ütülənə bilər.  Viskoz quruyarkən bürüşərsə, nəmləndirilə və ütülənərək formaya salına bilər.

Perwoll ReNew+ yuyucu vasitədən pambıq və kətan paltarlarda istifadə edə bilərəmmi?

Perwoll ReNew+ White xüsusilə pambıq, kətan, sintetik, ipək və qarışıq lifli bəyaz paltarlarınıza qulluq üçün hazırlanıb.  Bu yuyucu vasitə pərdələrin yuyulması üçün də effektivdir: tərkibində ağardıcı olmayan formulu zamanla keyfiyyətini itirmiş lifləri hamarlaşdırır və bozarmış bəyazları təkrar həyata qaytarır. 

Paltarlar nə üçün ilkin parlaqlığını itirir?

Tez-tez yuyulma parlaq, canlı rəngləri solğunlaşdırır.  Perwoll ReNew+ xəttinin tərkibində boyaq maddəsi olmayan xüsusi ReNew+ Black, ReNew+ White və ReNew+ Color məhsulları sevimli paltarlarınızın parlaqlığını və gözəl görüntüsünü bərpa edir.  Hər yumadan sonrarəngi solmuş paltarlarhəyata qayıdır, onların ilkin parlaqlığı bərpa olunur.

Perwoll ReNew+ yuyucu vasitəsinin tərkibində ağardıcı və ya boyaq maddəsi varmı?

Perwoll ReNew+ məhsul xəttinin tərkibində ağardıcı və ya boyaq maddələri yoxdur: onun xüsusi formulu zamanla keyfiyyətini itirmiş lifləri hamarlaşdırır və bozarmış qatı kənarlaşdırır, nəticədə ortaya parlaq rənglər çıxır. Ancaq hamar liflər işığı effektiv şəkildə əks etdirə bilir.

Bozarmış bəyaz paltarları təkrar necəhəyata qaytara bilərəm?

Bəyaz paltarların lifləri təmizlənməklə yanaşı, həm də işığı əks etdirə bilmək üçün hamar və kompakt qalmalıdır və paltarları yeni kimi parlaq saxlamalıdır. Perwoll ReNew+ White yuyucu vasitəsinin xüsusi formulu zamanla keyfiyyətini itirmiş lifləri hamarlaşdırır.   Hər yumadan sonra bozarmış paltarlar həyata qayıdır, bəyazlar isə ilkin parlaqlığını bərpa edir.  Bu məhsulun formulunda ağardıcı maddə yoxdur.

Pərdələri təkrar həyata qaytarmaq üçün necə yumalıyam?

Perwoll ReNew+ White ilə bəyaz pərdələrin ilkin parlaqlığını və mükəmməl görüntüsünü bərpa edə bilərsiniz.  Tərkibində ağardıcı olmayan bu formul xüsusilə bəyaz pambıq, kətan və sintetik paltarlar üçün işlənib hazırlanmışdır.  Bu yuyucu vasitə pərdələrin ilkin parlaqlığını və qüsursuz görüntüsünü bərpa edir və mükəmməl bəyaz nəticələr təmin edir.

Paltarlarımın rəngini parlaq saxlamaq üçün nə etməliyəm?

Perwoll ReNew+ Color zamanla keyfiyyətini itirmiş lifləri hamarlaşdırır və rəngi solmuş paltarlara  həyat verir. Ancaq hamar liflər işığı effektiv şəkildə əks etdirə bilir.
Perwoll ReNew+ Color həmçinin yuyulma zamanı rənglərin qarışmasının qarşısını alır və rənglərə canlılıq bəxş edir. Formulunda boyaq maddəsi yoxdur.